«AKİF ÇOVDAROV QƏLƏT EDİR!» - Tağı Əhmədov

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət əməllərinin, qanunsuz addımlarının sayı bitib-tükənmək bilmir və bir-bir üzə çıxmaqda davam edir.

Belə cinayət əməllərindən biri də onun vaxtı ilə Bakı Metropoliteninin rəisi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri  Tağı Əhmədovdan 3 milyon rüşvət almasıdır. Bu əməlini təbii ki, keçmiş nazir Eldar Mahmudovun xəbər olmadan etməsə də, gözüdoymazlığı ilə ad çıxaran A.Çovdarov “səxavətli” T.Əhmədovu nə az-nə çox, düz 3 milyon “tərlədib”.

Bu məsələ barədə aylardır yazılsa da, T.Əhmədov susmağa, mediadan qaçmağa çalışır. Bu günlərdə isə məlum olub ki, A. Çovdarov T. Əhmədovla üzləşmək istəyir.

Bununla bağlı Gununsesi.info-nun əməkdaşı T.Əhmədovun özünə telefon açıb. O, Çovdarovun üzləşmək təklifinə “yox” cavabını verib.

Eyni zamanda, qısaca “Akif Çovdarov qələt edir” – deyərək , telefonun dəstəyini asıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar