«NƏ QƏDƏR Kİ, MAHMUDOV AZADLIQDA QALACAQ...» - Şantaj xəbərdarlığı

Erestun“MTN qanqsteri Akif Çovdarovun Mahmudov bandası tərəfindən toplanan kriminal pulların guya agenturanın tələblərinə xərclənməsi barədə istintaqa verdiyi ifadələrin mətbuata ötürülməsi, birmənalı olaraq şantaj xarakteri daşıyır”.

“AzPolitika.info”-nun məlumatına görə, keçmiş MTN-çi, politoloq Ərəstun Oruclu Akif Çovdarovun vəkilinin açıqlamalarına münasibət bildirərkən, bunları deyib.

Vəkilin sözlərinə görə, Akif Çovdarov agenturaya ayrılan vəsaiti mənimsəməsi ilə bağlı yazılanlar barədə bunları deyib: “Dövlətin bir qəpiyini belə mənimsəməmişəm. İttiham aktında göstərilən həmin pullar agenturaya sərf olunan məbləğlərdir. Mən o barədə açıqlama versəm, Azərbaycanda rüsvayedici vəziyyət yarana bilər. Hətta agentura şəbəkəsi ifşa olunar. Müәyәn qüvvәlәr prokurorluğun әllәri ilә məni agentura şəbəkəsini ifşa etməyə məcbur edirlər. Həmin pullar 2013-2015-ci illər arasında agenturaya sərf olunub. Mənim dövlәtçiliyin maraqlarını qorumaq mәqsәdilә susmağımdan istifadə edərək, barəmdə əlavə ittiham irəli sürdülər. Bilirlər ki, xüsusi əhəmiyyətli sirri açan deyiləm. Mən ancaq bu sirri dövlət rəhbərliyinin razılığı ilə aça bilərəm. Buna isə razı olmazlar. Bu zaman kəşfiyyat və əks-kəşfiyyat deşifrə olar. Mənə qarşı saxta ittihamlar irəli sürüldü. Qeyd etdiyim qüvvələr dövlətin çətinə düşməsinə bilәrәkdәn göz yumurlar. Bütün bu hərəkətlər mənə qarşı deyil, məndən istifadə etməklə birbaşa dövlətə qarşı hərəkətlər edirlər. Həmin pullar bir qəpiyinə qədər dövlət təhlükəsizliyinə xərclənib. Dövlət rəhbərliyinin göstərişi ilə ittihamda göstərilən məbləğlərin hər biri manatına qədər hesabat verə bilərəm”.

Ə.Oruclunun fikrincə, Çovdarovun bu açıqlaması dövlət rəhbərliyini şantaj cəhdidir:

“Killer Çovdarov deyir ki, agentura şəbəkəsini açsa, bu, dövlətin təhlükəsizliyinə ağır zərbə vurar, kəşfiyyat və əks-kəşfiyyat mənbələrini deşifrə edər. Bu quldur dəstəsinin əməliyyat və agentura fəaliyyəti barədə bir sıra faktları paylaşa bilərdim, amma həqiqətən, dövlətə görə məsuliyyət hissim bunun qarşısını amansızcasına kəsir. Sözüm isə budur: nə qədər ki, ölkə rəhbərliyi bu qaydasız quldur dəstəsinə qarşı qətiyyətsizlik nümayiş etdirəcək, Mahmudovun quldurları təkcə Azərbaycan üçün deyil, elə həmin rəhbərliyin özü üçün də təhdid olaraq qalmaqda davam edəcək. Nə qədər ki, cinayətkar dəstənin başçısı Eldar Mahmudov azadlıqda qalacaq, bir o qədər də Çovdarov kimi miskin məxluqlar dövləti, onun rəhbərliyini şantaj etməkdə davam edəcəklər”.

V.NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar