ABŞ-ın vitse-prezidenti Ukraynaya gedir

Co Baydenin baş nazir Arseni Yatsenyuk, Aleksandr Turçinov və millət vəkilləri ilə görüşü nəzərdə tutulub

ABŞ-ın vitse-prezidenti Co Bayden bu Ukraynaya səfər edəcək. Co Baydenin Kiyevə səfəri zamanı Ukrayna baş naziri Arseni Yatsenyuk, prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov və Ali Radanın bir sıra millət vəkilləri ilə görüşü nəzərdə tutulub.

ANS PRESS-in məlumatına görə, bu barədə Ağ Evin açıqlamasında deyilir.

Vitse-prezident nəzərdə tutulan görüşlərdə Ukrayna iqtisadiyyatının gücləndirilməsi, konstitusiya islahatları, korrupsiya ilə mübarizə və mayın 25-də keçiriləcək prezident seçkilərini müzakirə edəcək.

Xatırladaq ki, Ukraynada ötən ilin sonlarında avrointeqrasiya tərəfdarlarının aksiyaları başlayıb. Yeni il ərəfəsində aksiyalar səngisə də, fevral ayında yenidən vəziyyət gərginləşib. Ölkə prezidenti Viktor Yanukoviç ölkəni tərk edərək Rusiyaya gedib. Onun vəzifələrini isə Aleksandr Turçinov icra edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar