Bakı Olimpiya stadionu gələn ilin fevralında hazır olacaq

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları üçün inşa edilən Bakı Olimpiya stadionunun bütün tikinti işləri 24 ay müddətində yekunlaşacaq.

“APA-Economics”in məlumatına görə, layihənin rəhbəri Cem İlgün hazırda görüləcək işlərin təxminən 65%-nin bitdiyini bildirib.

“Müqaviləyə əsasən, layihəni 2015-ci ilin 28 fevral tarixində yekunlaşdırmalıyıq. Lakin I Avropa Oyunları 2015-ci ilin iyun ayında başlayacağından, biz stadionu fevralın 1-də təhvil verməyi nəzərdə tutmuşuq. Həqiqətən belə bir işi yekunlaşdırmaqdan qürur duyuruq. Çünki 68 000 izləyicini qəbul edə biləcək olimpiya stadionunun 24 ayda yekunlaşması həqiqətən son dərəcə önəmli hadisədir”, - deyə layihə rəhbəri bildirib.

O, əlavə edib ki, sözügedən idman tədbiri üçün möhtəşəm açılış mərasimi hazırlanır: “Hazırda bu layihəyə 4 800 işçi cəlb olunub. Onların 2 000 nəfəri “Tekfen” şirkətinin, 2 800-ü isə “Taşeron” şirkətinin heyətidir. Hündürlüyü 60 m olan stadion 6 mərtəbəli və tam qapalı məkan olacaq. Bu günə qədər 300 000 kubmetr beton tökülüb. Layihənin sonuna qədər bunu 350 000 kubmetrə çatdırmağı planlaşdırırıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar