“Putin Ukraynanı məhv etmək istəyir” - Turçinov
Baxiş sayı:
Dərc olunub:
21/04/2014 - 11:06
Putin rejimi müstəqil Ukraynanı məhv etmək istəyir. APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Ukraina” telekanalının efirində Ali Radanın sədri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bəyan edib.
O qeyd edib ki, Putin Ukraynadan çox qorxur.
“Çünki Ukrayna bir çox postsovet ölkələri üçün nümunədir. Yəni, insanlar özləri müəyyən edə bilər hansı hakimiyyət onların xoşuna gəlir, hansı yox. Bizim ölkədə insanların özləri oğru məmurları hakimiyyətdən uzaqlaşdıra bildilər. Belə nümunə Putin qorxuya salır. Bu üzdən də onun məqsədi Ukraynadakı sabitliyi tamamilə pozmaqdır. Ölkənin şərqində vəziyyətin gərginləşdirilməsi bütövlükdə Ukraynaya zərbə vurmaqdır”, - deyə o vurğulayıb.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.