PUTİN ŞƏRQİ UKRAYNANI İŞĞAL EDƏCƏKMİ? - Analitika

Böyük Britaniyanın “The Financial Times” qəzeti Ukrayna ətrafında cərəyan edən hadisələrlə bağlı maraqlı təhlili məqalə dərc edib. Azpolitika.info “Bu məhvedici qarşıdurma hər iki imperiyanın zərərinədir” adlı maraqlı məqalənin tərcüməsini təqdim edir.

“Hazırda Qərb elə zənn edir ki, Rusiya Ukraynada “Krım” ssenarisini həyata keçirməyə çalışır. Lakin bu şübhələr üçün heç bir zəmin yoxdur. Oradan başlayaq ki, prezident Vladimir Putin heç zaman Krımı Ukraynanın bir parçası kimi qəbul etməyib. Əksinə, o, hesab edib ki, 1954-cü ildə Nikita Xruşovun əvvəllər Rusiyaya aid olan yarımadanı Ukraynaya verməsinin nəticəsi idi ki, Sovet İttifaqının 1991-ci ildə parçalanması ilə həmin ərazi müstəqil Ukraynanın tərkibində qalmışdı. Putin düşünüb ki, tarixin bu ədalətsiz nəticəsini düzəltmək gərəkdir. İndi o, bu missiyanı yerinə yetrib.

Ukraynanın şərqindəki ruslar ukrayınlara görə həmin regionda çoxluq təşkil etmirlər və Sevastopolda olduğu kimi, bu zonada yaşayanları rus dövlətinə qarşı böyük simpatiya birləşdirmir. Krımda rusların əlində Qara Dəniz donanması vardı, ancaq şərqi Ukraynada onlar belə bir gücə malik deyillər. Cənab Putinin motivini anlamaqdan ötrü dünyaya onun gözü ilə baxmaq lazımdır. Rusiya prezidentinə görə dünya siyasəti – sivilizasiyaların qarşılıqlı əlaqəsindən ibarətdir. Onlar hərdən dost olurlar, hərdən də düşmənə çevrilirlər. Putinə görə rus dövləti rus sivilizasiyası ilə ayrılmaz şəkildə bağlıdır və o, rusları, ukrayınları, belarusları eyni xalq hesab edir. Yüz il bundan əvvəl bu fikir Sankt-Peterburqun rəsmi ideologiyası olub. Cənab Putin üçün sivilizasiyalar arasındakı təbii sərhəd Belarusun qərb sərhədləri ilə üst-üstə düşür. Onun düşüncəsinə görə, Ukrayna Rusiya ilə Avropa arasında qalan parçalanmış bir dövlətdir və Ukraynanı bölməklə oranı Risya ilə Qərb arasında neytrallaşmış bufer zonaya çevirmək olar.

ABŞ da dünyaya anoloji obrazla baxır. Amerikanların nöqteyi nəzərinə görə, Kiyevi Moskvanın orbitinə buraxmaq Rusiya İmperiyasının bərpasına imkan vermək deməkdir. Onlara görə, Ukraynanın qərbyönümlü oriyentasiyası və iqtisadi müvəffəqiyyətı Moskvanı öz tarixi votçınasından məhrum edərək rus avtokratiyasını dağıdacaq. Avropa Birliyi gepolitik təfəkkürə hesablanmış təşkilat deyil. Lakin bütün bunlara baxmayaraq, onlar şərq tərəfdə özləri üçün komfortlu bir zona yaratmaq istəyirlər. Elə buna görə də Ukraynaya AB ilə assosiasiya müqaviləsi təklif edərək “Avromaydana” yardım göstərirdilər. Əslində isə onların bu hərəkətləri Vaşinqtonun əlinə oynamaq demək idi. Viktor Yanukoviçin devrilməsindən sonra Brüssel bu məsələnin öhdəsindən gələ bilməyəcəyini anlayıb geri çəkilmək məcburiyyətində qaldı. Ümumi nəticədə isə oyun Moskva ilə Vaşınqton arasında getməyə başladı. Hal-hazırda rus ordusunun Ukrayna sərhədi boyunca hərəkətı Kiyevi ruspərəst aktivistlərə qarşı güc tətbiqi fikirindən daşındırmaq və eyni zamanda isə ABŞ-la NATO-nu bu işə qarışmamağa vadar etmək məqsədi güdür. Əgər orada geniş miqyaslı vətəndaş müharibəsi başlayarsa, Rusiyanın müdaxilə ehtimalı daha çox artacaq. Çox vaxt Kremli Ukraynaya qoşun yeritməkdən ötrü oradakı stabilliyi pozmaqda ittiham edirlər. Əslində isə Rusiyanın başlıca məqsədi cənub-şərqi Ukraynadakı rusiyafillərə kömək etməklə öz mövqeyini gücləndirərməkdən ibarətdir. Putin istəyir ki, rus dili rəsmi status qazansın və rusdilli əhalini təmsil edən qubernatorlar birbaşa seçki ilə hakimiyyətə gəlsinlər. Beləliklə də qərbpərəst Kiyev elitasına qarşı şərq tərəfində bu vasitələrlə güvvə yaratmaq imkanı qazansın. Rusların fikrincə belə olan halda Ukrayna əsəs etibarı ilə müdafiə sənayesində Rusiya ilə iqisadi əlaqələr saxlayacaq. Digər tərəfdən onlar düşünürlər ki, ən başlıca olaraq isə Ukrayna NATO-ya olan münasibətdə neytral qalmalıdır.

Ukrayna böyük və mürəkkəb ölkədir. Ukraynalılar rusiyalı deyillər və cənab Putinin bunu etiraf etməsi lazımdır. Moskvanın Krımda başladığı son fəaliyyətləri Şərqi Avropada isterik bir paranoya yaradıb. Rusiya və Qərb üçün Ukraynanın çalxalanmasındansa bütövlüyü daha vacibdir. Ona görə ki, onlar sivilizasiyaların toqquşmasına icazə verə bilməzlər.”

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar