“Rauf Mirqədirovu Ermənistana biz göndərmişik...” 

“Rauf Mirqədirov 2001-ci ildən etibarən hər il mənim, rəhbərlik etdiyim Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistanda keçirilən tədbirlərdə iştirak edir”.

Bunu Modern.az saytına açıqlamasında Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus “Ayna-Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirovun həbsinə münasibət bildirərkən deyib. O bildirib ki, R.Mirqədirovun həbsində heç bir məna yoxdur. L.Yunus hüquq-mühafizə orqanlarını jurnalisti həbsdən azad etməyə çağırıb.

“Rauf Mirqədirovu niyə tutublar anlamıram. Gəlib məni həbs etsinlər”. İnstitut rəhbəri bu vaxta qədər Ermənistanda keçirilən tədbirlərin NATO-nun Qafqaz ofisinin sponsorluğu ilə gerçəkləşdiyini bildirib.

“Biz həmin tədbirlərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bəyan edirik. Həmişə Gürcüstan və Azərbaycan nümayəndə heyəti birgə bəyanatla çıxış edir. İndi buna görə Rauf Mirqədirova dövlətə xəyanət maddəsi ilə cinayət işi açmaq çox gülməlidir. Mən ermənilərlə hər gün ünsiyyətdə oluram. Mən və ya Rauf Mirqədirov onlara hansı məlumatlar verə bilərəm?! Bizdə hansı dövlət sirri var ki?!”,-deyə L.Yunus qeyd edib.

Xatırladaq ki, “Ayna-Zerkalo”nun Türkiyədə işləyən siyasi şərhçisi R.Mirqədirovun akkreditasiyası dayandırılıb. Azərbaycana deportasiya olunandan sonra isə onu həbs ediblər. Hazırda onun MTN təcridxanasında olduğu bildirilir.

L.Yunus jurnalistin həbs edilməsini pisləyən bəyanat yayıb. Bəyanatda R. Mirqədirovun cinayət tərkibi ola biləcək hər hansı addım atmadığı bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar