Etibar Məmmədov keçmiş silahdaşının həbsindən danışdı

“Rauf Mirqədirov hələlik dövlətə xəyanətdə şübhəli bilinir. Yəqin ki, məsələ tam olaraq aydınlaşacaq. Çünki Rauf Mirqədirovun həbsi olduqca qaranlıq məsələdir”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov deyib.

O, bildirib ki, “Ayna-Zerkalo” qəzetinin Türkiyədə fəaliyyət göstərən əməkdaşı Rauf Mirqədirovun tutulması ona da təəccüblü gəlir. E.Məmmədov R.Mirqədirovun dövlətə xəyanət edəcəyinə inanmadığını da bildirib.

“Mən özüm də prosesləri yaxından izləyirəm. Mənim üçün həqiqətən maraqlıdır ki, Rauf Mirqədirovun həbsinə səbəb nədir. Çox güman ki, hər şey yaxın vaxtlarda aydınlaşacaq. Amma mən inanmıram ki, o elə bir cinayət eləmiş olsun, dövlətə xəyanətə yol versin”.

Modern.az-ın məlumatına görə, dövlətə xəyanətdə şübhəli bilinən Rauf Mirqədirov vaxtilə Etibar Məmmədovun sədrlik etdiyi AMİP Mərkəzi Şurasının üzvü olub. Bundan başqa, hər iki şəxs yaxın əlaqələri ilə tanınıblar.

Raud Mirqədirov əvvəllər “Millət”, “Demokratik Azərbaycan”, “Bu gün” qəzetlərində çalışıb, digər media qurumları ilə əməkdaşlıq edib.

“Ayna-Zerkalo” qəzetinin Türkiyədən deportasiya edilmiş əməkdaşı R. Mirqədirov Bakıda Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar