“Biz pul istəməmişik”

Ötən gün həbs olunmuş jurnalist Rauf Mirqədirovun xanımı Adilə Babaxanova jurnalistin ailəsi üçün pul yığılması ilə bağlı Facebook-da yayılan elanla əlaqədar KİV-ə müraciət edib.

“Naməlum adamlar bizim adımızdan elan yayaraq pul toplamağa çağırış ediblər. Biz heç kimə müraciət etməmişik və heç kimə pul toplamaq üçün səlahiyyət verməmişik”, - o bildirib. A.Babaxanova onu da qeyd edib ki, uşaqla birlikdə Ankaranı tərk edib və hazırda Türkiyədə deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar