Laçın İcra Hakimiyyətində əməliyyat keçirildi:  Həbs olunan var

Laçın Rayon İcra Hakimiyyətinin Ağcabədi rayon Qaraqışlaq kəndindəki icra nümayəndəsi Pənah Dadaşovun ailə üzvləri də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilərək idarəyə aparılıb.

Bu barədə “Axar.az”a kənd sakinləri məlumat veriblər.

Bu gün səhər saatlarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilən Pənah Dadaşovdan sonra onun həyat yoldaşı və uşaqlarını da idarəyə aparıb.

Əməkdaşımıza verilən məlumata görə, Pənah Dadaşov azyaşlı uşaqları sərhəddən qanunsuz keçirməkdə təqsirli bilinir.

Laçın Rayon İcra hakimiyyətindən bildirilib ki, onlara bu həbslə bağlı heç bir rəsmi məlumat daxil olmayıb.

Laçın Rayon Polis İdarəsindən isə faktı təsdiqləsələr də, əlavə məlumat vermədilər.

***

Laçın rayon İcra Hakimiyyətinin Ağcabədi rayon Qaraqışlaq kəndindəki icra nümayəndəsi Pənah Dadaşov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Bu barədə həbs edilən şəxsin yaxınları “Axar.az”ın əməkdaşına məlumat verib.

Məsələ ilə bağlı Laçın rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Ağcabədi şəhərində yerləşən İcra Hakimiyyətinin Ərazi idarəetməsi və yerli özünüidarə orqanları ilə iş üzrə şöbəsinin müdiri Aslan Abbasov faktı təsdiqləsə də, səbəblərini bilmədiyini dedi:

“Bəli tutub aparıblar, ancaq səbəbini biz də bilmirik. Hələ ki, heç nə deməyiblər”.

Məsələ ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsindən isə bildirdilər ki, bu barədə məlumat verə bilməzlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar