“Cənubi Qafqazın təhlükəsizliyi hələ də sual altındadır”

“Bu gün dünyanın siyasi münasibətlər sistemində Rusiya ən uğursuz addımı atmaqla özünü bataqlığa sürükləyir. Rusiyanın hal-hazırda yürütdüyü xarici siyasətini artıq fiaskoya uğramış hesab etmək olar.”

Bunları NATO Əməkdaşlıq İnstitutunun Prezidenti Fərrux Məmmədov Azpolitika.info-ya qısa açıqlamasında Rusiya-NATO gərginliyini qiymətləndirərkən deyib. Politoloq bildirib ki, Rusiyanın artan işğal təhlükəsinə qarşı NATO Cənubi Qafqazın qarantı kimi çıxış edə bilər.

“Xarici siyasətdəki uğursuzluqları Rusiya üçün tezliklə həm daxildə, həm də xaricdə ciddi fəsadlar törədəcək. Rusiyanın siyasi elitası bu “bataqlıq”dan cıxış yolu axtarır. Bütün qeyd edilən faktorlar NATO-nu təcavüzkarın bütün ehtimal olunan həmlələrini cilovlamaq ücün gördüyü məqsədyönlü işlərin məntiqi nəticəsidir. Cənubi Qafqaz ölkələri NATO ilə əməkdaşlığa istiqamətli səylərini sürətləndirməklə şübhəsiz ki, gözlənilən təhlükədən bu və ya digər formada sığortalanmış olacaqlar. Ukrayna məsələsi tam bitməmiş, Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyi hələ də sual altındadır. Rusiya heç zaman xalqların seçiminə və demokratik proseslərə hörmətlə yanaşmayıb və isğalçı siyasətini daima davam etdirib. Bu gün beynəlxalq birlik Rusiyanın atdığı bütün siyasi addımları tənqid edir və səhv olduğunu bildirir. Rusiyanın ən yaxın müttəfiqi hesab edilən Çin belə, müttəfiqini bu məsələdə də dəstəkləmədi. Bu siyasi oyunda bir qanunun mütləq olduğunu bilmək gərəkir; əgər beynəlxalq birliklə deyilsənsə və onlara qarşı çıxırsansa məğlub olmağa məhkumsan.”

Ülkər Musazadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar