Milli Şuranın mitinqi bir gün qabağa çəkildi

Bakı şəhər İcra Hakimiyyəti Milli Şura və Hafiz Hacıyevin mitinq müraciətlərinə cavab verib.

Milli Şuranın mitinq komitəsinin sədri Asəf Quliyevin musavat.com-a verdiyi məlumata görə, meriya Milli Şuranın 29 sentyabr tarixinə müəyyən etdiyi mitinqə icazə verməyib. İcra hakimiyyəti Milli Şuraya görüş-mitinqin 28 sentyabr tarixində keçirilməsini təklif edib.

Bakı şəhər İcra Hakimiyyəti Milli Şura ilə eyni günə mitinq keçirmək istəyən Hafiz Hacıyevin təklifini qəbul edərək prezidentliyı namizəd Hafiz Hacıyevə seçicilərlə görüş keçirməyə icazə verib.

Asəf Quliyev mitinq komitəsinin təcili toplantı keçirdiyini və Bakı Şəhər İcra Hakimiyyətinin təklifini qəbul etdiklərini bildirdi. Cəmil Həsənlinin seçicilərlə növbəti görüş-mitinqi sentyarbrın 28-i saat 16-da Bakıda Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (M.Seyidov küçəsi, 3155-ci məhəllə) keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar