“Risaleyi Nur” Azərbaycanda 2012-ci ilin sonundan qadağan olunub

“Nurçu” dini cərəyanının əsas ədəbiyyatı olan “Risaleyi Nur”un Azərbaycanda nə vaxtdan qadağan olunduğu bəlli olub.

APA-nın əldə etdiyi məlumata görə, “nurçu”ların əsas proqramı hesab olunan ədəbiyyat 2012-ci ilin sonundan etibarən Azərbaycanda qadağan edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeyd olunan vaxtdan etibarən qadağan olunmuş ədəbiyyatın hazırda Azərbaycana gətirilməsi də qadağandır.

APA-nın Dövlət Komitəsinin mətbuat xidmətinə dəfələrlə sorğu ünvanlamasına baxmayaraq, məsələyə münasibət öyrənmək mümkün olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar