"BU HƏBSİN DAVAMI OLACAQ" - Vəkil (VİDEO)

Bu gün tanınmış jurnalist, vətənə xəyanətdə ittiham olunan Rauf Mirqədirovun vəkili Fuad Ağayev mətbuat konfransı keçirib. Az öncə bitən mətbuat konfransında vəkil bildirib ki, bu dəqiqələrdə ermənilər bayram edirlər.

"Çünki onlar özlərinin ən güclü, savadlı, bu sahə üzrə tam peşəkar olan rəqiblərini sıradan çıxarıblar". Bu barədə musavat.com-a mətbuat konfransında iştirak edən əməkdaşı bilgi verib.

Vəkil jurnalistlərə deyib ki, müvəkkili ilə bu gün səhər MTN-in təcridxanasında görüşüb. R. Mirqədirov ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Vəkilinə deyib ki, bu cür ağır cinayət suçlamalarını qəbul etmir, absurddur, o, heç bir cinayət əməli törətməyib, hamısı böhtandır. Daha sonra vəkilin iştirakı ilə R. Mirqədirovu Nəsimi rayon məhkəməsinə aparıblar və orada barəsində 3 aylıq həbs qətimkan tədbiri seçiblər.

Vəkil R. Mirqədirovun bu şəkildə Azərbaycana verilməsinə görə Türkiyə dövlətini qınayıb və deyib ki, Mirqədirovun hüquqları pozulub. "Türkiyə Rauf Mirqədirova qarşı Azərbaycan dövləti ilə birlikdə hüquqpozmalara şərik olub. Onun Azərbaycana bu şəkildə verilməsi qanunsuzdur, bu, deportasiya yox, ekstradisiyadır. Rauf polis tərəfindən saxlanarkən, tələb etməsinə baxmayaraq, onu vəkillə təmin etməyiblər. Dostları vəkillə polisə gələrkən isə, Raufu oradan çıxarıblar ". F. Ağayev iddia edib ki, Türkiyə Rauf Mirqədirovu Bakıda tutacaqları ilə bağlı əvvəlcədən məlumatlı olub.

Jurnalistlə görüşən vəkil jurnalistlərə deyib ki, Rauf Mirqədirovu Ermənistana casusluq etməklə suçlayırlar: "İttiham formulası ümumi qaydada ifadə olunub. Orada iddia olunur ki, R. Mirqədirov maddi marağa görə Ermənistan xüsusi xidmət orqanları tərəfindən ələ alınıb və onlara casusluq edib, müxtəlif yerlərdə görüşərək, dövlət sirri sayılan məlumatlar ötürüb ". Vəkil F. Ağayev Mirqədirovla guya əməkdaşlıq edən tanınmış ermənilərdən birinin adını da çəkib: "Bu, Laura Bağdasaryandır (tanınmış erməni jurnalisti, hazlrda Sülh və Demokratiya institutunun İrəvan bğlümünün rəhbəridir-Red.). Onun 2001-ci ildən Leyla Yunusla ortaq layihələri var. Guya Rauf maddi marağa görə Bağdasaryan vasiitəsi ilə erməni xüsus xidmət orqanlarına məlumatlar ötürüb. Bu fakt da onu göstərir ki, Azərbaycan iqtidarı Raufla durmayacaq, başqalarını da bu işə qoşmağa çalışacaq..." Vəkilin fikrincə, Rauf Mirqədirovdan başqa, Ermənistanla ortaq layihə aparan və müəyyən münasibətləri olan bir sıra azərbaycanlılar da həbs oluna bilərlər.

Vəkil deyib ki, Mirqədirova işgəncə verilməyib, onunla nəzakətlə davranıblar və Raufun saxlanma şəraitindən heç bir narazılığı yoxdur.

Musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar