ATƏŞKƏSİ YALNIZ ƏR-RİYAD POZA BİLƏR! - “Sülh prosesi artıq işə salınıb”

12 senyabr tarixində Vaşinqton və Moskva, atəşin dayandırılması ilə bağlı İsveçrənin Cenevrə şəhərində razılığa gəliblər. ABŞ dövlət katibi Con Kerri bildirib ki, əgər atəşkəs bir həftə davam edərsə, onda onlar bu münaqişə ilə əlaqədar birlikdə hərəkət etmək üçün hər iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın əsasını qoyacaqlar.

Məsələ ilə əlaqədar Suriyanın dövlət informasiya agentliyi bildirib: ”Döyüş fəaliyyətlərinin dayandırılması Hələbdəki humanitar vəziyyətdən irəli gəlir. Öz növbəsində Suriya hökuməti Suriya böhranının siyasi həllində nailiyyət əldə etmək üçün tapşırıqlardan biri olan Rusiya-Amerika müqaviləsini bəyənir”.

Amma humanitar koridorun əsəs hədəfi səhra komandirlərinə təsir göstərmək və taktiki hərbi tapşırıqların yerinə yetirilməsidir.

Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov deyib ki, Suriyada atəşin dayandırılması danışıqları uğurlu gedərsə, onda Vaşinqton və Moskva Suriyadakı terror qruplaşmalarına qarşı koordinasiyalı şəkildə zərbələr endirəcəklər. Lavrov qeyd edib: ”Terrorçulara qarşı zərbələrin vurulmasını Rusiya Hərbi Kosmik Gücləri (HKS) və ABŞ Hərbi Hava Qüvvələri öz aralarında razılaşdıracaqlar. Biz hansı rayonlara zərbələrin vurulmasını da koordinasiya edəcəyik”.

Bu koordinasiya isə mütərək mərkəzdən həyata keçirilməlidir.

- Hələb

Cenevrə razılaşması qana bulanmış beş illik Hələb müharibəsi nəticəsində yaranmış humanitar fəlakəti önləmək üçün, oraya konvoyun çatdırılması ilə bağlı xüsusi tədbirlərin alınmasını nəzərdə tutur.

Döyüşən hər iki düşərgə - həm şəhərin şimal-qərbini nəzarətdə saxlayan müqavimət qüvvələrinin təchizində strateji rol oynayan Kastello yolundan və həmçinin də bu yaxınlarda Suriya ordusu tərəfindən ələ keçirilən cənub kvartallarından kənara çəkilməlidirlər. Onlar bundan sonra ərazi tutmamalı və humanitar yardımın çatdırılmasına əngəl törətməməlidirlər. Atəşkəs hamıya lazımdır, çünki Rusiya öz əhəmiyyətinə görə ölkənin ikinci şəhərindəki mövqelərini möhkəmləndirmək istəyir.

- Hərbi əməkdaşlıq

Əgər 12 sentyabr tarixində elan olunmuş atəşkəs yeddi gün davam edərsə, onda Moskva və Vaşinqton “Fateh əş Şam” və “İŞİD”-ə qarşı zərbə vurmaq məsələsində əməkdaşlığa başlayacaq. Bundan başqa belə güman edilir ki, cihadçılar və müaxilfətçiləri bir-birindən fərqləndirmək üçün informasiya mübadiləsi aparılacaq.

Belə şərtlər daxilində dərhal ağıla Fars körfəzinin sünnü müsəlman dövlətləri və ilk növbədə isə Səudiyyə Ərəbistanı və Türkiyənin himayəsindən istifadə edən “Müsəlman qardaşlar”ı və radikal islamçılara tabe olan danışıqlar üzrə yüksək komitə gəlir. Onlar danışıqlar prosesinə Moskvanın terrorçu hesab etdiyi “Caiş əl-İslam” və ”Əhrar əş-Şam” kimi ekstremist qrupları da cəlb etmək istəyirlər. Nəhayət, onlar Bəşər Əsədin getməsini keçid prosesinin əsas şərti sayırlar.

Terrorçuluq və mütəşəkkil cinayətkar təşkilatlar üzrə ekspert, keçmiş yüksək vəzifəli kəşfiyyat zabiti Alen Rodye deyir: ”Sözsüz ki, amerikalılar “Fərat qalxanı” əməliyyatının başlaması fonundakı hadisələrin inkişafında çox şey itiriblər. Onlar İŞİD-lə döyüşlərdə istifadə etmək istədikləri kürdlərin “PYD” döyüçülərinə qarşı mübarizə aparan Ankaranı müdafiə etməyə məcbur qalıblar. Kürd qüvvələri, geosiyası planda Yaxın Şərqin əsas kilid ölkəsi və əsgər sayına görə NATO-nun ikinci ordusu olan Türkiyə ilə Qərbin dostluq kürsüsündə qurbana çevriliblər. Vladimir Putin isə vəziyyətdən ləzzət alır. Elə düşünməyək ki, o, ”Fərat qalxanı” əməliyyatından öncədən xəbərdar edilməyib. Çünki bu böyük imkanlara və aqressiv mövqeyə sahib olan və barəsində durmadan danışılan Rusiyanın Xarici Kəşfiyyat Xidməti üçün təhqir olardı. Digər tərəfdən, mənə elə gəlir ki, hətta Ankara və Moskva arasında razılaşma var ki, Türkiyə aviasiyası hələ keçən noyabrda vurulmuş “Su-24” bombardmaçısına görə, acıqlı olan rusiyalı təyyarəçiləri qıcıqlandırmamaq üçün cənuba doğru uçuşlarında çox da uzağa getməsinlər”.

Hal-hazırda Obama administrasiyası Suriya böhranından çıxmaq üçün çıxış yolu axtarır. Rusiya ilə bağlanan müqavilə ilə Türkiyə neytrallaşdırılıb. Bundan əlavə, Suriya Kürdüstanın formalaşdırılmasına qarşı Dəməşq və Ankaranın ümumi maraqları var. Beləliklə, atəşkəsi, yalnız özünün “Fəth əş-Şam” adlandırılan müttəfiqlərini qızışdıracaq Səudiyyə Ərəbistanı poza bilər.

“The Washington İnstitute”nin aparcı eksperti Fabris Blanş əminliklə söyləyir: “Sülh prosesi artıq işə salınıb. Nə Klinton, nə də Tramp Rusiya ilə müqavilədən imtina etməyəcəklər”.

(“Le Huffington Post”-Fransa)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar