Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı həkimlər prokurorluqda ifadə verib

Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə nəticələnən cərrahiyyə əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib.

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumatda bildirilir ki, 1977-ci il təvəllüdlü Elnarə Niftəliyeva sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Hadisədən dərhal sonra E.Niftəliyevanın meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibb Ekspertizası və Komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən E.Niftəliyeva asfiksiya (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Niftəliyevanın əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. Hazırda fakt üzə araşdırma aparılır.

Qeyd edək ki, E.Tofiqqızının həyat yoldaşı jurnalist Anar Niftəliyev kütləvi informasiya vasitələrinə verdiyi açıqlamada E.Tofiqqızının əməliyyatdan öncə vurulan narkoz nəticəsində öldüyünü bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar