Nizami Gəncəvinin "Xəmsə"si ilk dəfə özbək dilində çap olunub

Tərcümə dahi şairin anadan olmasının 875 illik yubileyi ilə əlaqədar həyata keçirilib

Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə"si ilk dəfə özbək dilində çap edilib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, tərcümə Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində həyata keçirilib.

Tərcüməni Özbəkistanda Nizami Gəncəvi əsərlərinin tərcüməçisi kimi tanınan şair Olimcan Buriyev tərəfindən həyata keçirilib. Tərcüməçi yazdığı epiloqda qeyd edir ki, kitabı qardaş Azərbaycanın və vətəni olan Özbəkistanın dövlət müstəqilliyinin 25 illik yubileyinə həsr edir.

O.Buriyevin "Nizami Gəncəvi: Xəmsə" adlı özbək dilində kitabının Özbəkistanın elmi və tədris müəssisələrinə, habelə Özbəkistan kitabxanalarına paylanması nəzərdə tutulub.

Zatırladaq ki, hazırda Nizami Gəncəvinin bütün əsərlərinin ayrılıqda özbək dilinə tərcüməsini Özbəkistanın xalq şairi Camal Kamal həyata keçirir və bu tərcümələr hazır olduqda işıq üzü görəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar