KƏMALƏDDİN HEYDƏROVUN OĞLU AZƏRBAYCANDA DA SİRKƏT RƏHBƏRİ OLDU

FHN rəhbəri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov ilk dəfə rəsmən Azərbaycanda yaradılan kommersiya şirkətinin rəhbəri olub. Şirkətin ofisi Heydərovlara məxsus Kempinski Badamdar Baku hotelindədir.

KİV-də bu yaxınlarda gedən məlumata görə, 17 fevralda “Sabah P&D International” MMC qeydiyyata alınıb. Şirkətin direktoru 29 yaşlı Tale Heydərovdur. Şirkətin nə ilə məşğul olduğu bilinmir.

Buna qədər London Universitetinin Birbek kollecinin 24 yaşlı məzunu (2007-ci il) Azərbaycan-Avropa Cəmiyyəti diaspor təşilatının (The European Azerbaijan Society) təsisçisi, “Qəbələ” futbol klubunun prezidenti idi. Xaricdə United Enterprises International (UEI) holdinq şirkətinin İH sədri idi.

Azərbaycan məmurlarının ailə üzvlərinin sahibkarlıq fəaliyyəti geniş yayılmış hadisədir. Prezident İlham Əliyevin qızları ərə getməzdən əvvəl varlı sayılırdı: onların bankları və böyük holdinq şirkətləri var. Nəqliyyat naziri Ziya Məmmədovun oğlu “Garant Holding”in (2013-cü ilə kimi “ZQAN Holding”) prezidentidir.(contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar