BİR DƏFƏYƏ VƏ BİR NƏFƏRƏ MƏXSUS 88 ŞİRKƏT LƏĞV EDİLİB - Klassik metodla büdcə talanı

Azərbaycanda bir dəfəyə 88 şirkət ləğv edilib. Turan müəyyən edib ki, bunlara bir nəfər rəhbərlik edib və o, büdcə dövlət büdcəsi vəsaitlərini «havaya sovurub».

Müxtəlif yollarla dövlət vəsaitlərinin oğurlanması barədə çox deyilib və konkret faktlar gətirilib. Hesablama Palatası da belə faktlarla mübarizə apardığını bildirir. Amma məhz Turan dövlət vəsaitlərinin «mənimsənilməsinin» klassik metodunu üzə çıxarıb. Burda bir günlük şirkətlər «birinci skripkadır».

Ləğv edilən 88 şirkətin siyahısı Turan-da var. Onlar 2013-cü ilin fevral-avqustunda əslən Astaradan olan gənc bakılı R.R.S tərəfindən yaradılıb. Sosial şəbəkələrdəki profilinə görə, Bakı Biznes Kollecinin məzunu sadə yaşayır: yüzə qədər şirkətin sahibi dəbdəbəli avtomobillərinin fotolarını paylaşmır, profil fotosunda qar üstünə uzanıb.

Cüzi kapitallı yeni şirkətlər (hərəsi 10 manat) bütün dövlət strukturlarının tender və kotirovkalarında (XİN, DİN, təhsil, səhiyyə, ədliyyə, ekologiya, gənclər və idman, mədəniyyət və turizm nazirlikləri, RYTN, DSMF, Dövlət Miqrasiya Xidməti, yerli icra hakimiyyətləri, AMEA və s.) iştirak edib və qalib gəlib. Yalnız Prezident Administrasiyasının İşlər İdarəsi istisna ola bilər.

Turan hesablayıb ki, R.R.S-in indi ləğv edilən şirkətləri 3 mln 677 min 569,72 manatlıq 115 saziş imzalayıb. Tender predmeti xüsusi ixtisas tələb etməyən fəaliyyətlərdir – müxtəlif tədbirlərin təşkili, mal və işlərin satın alınması. Məsələn, Sumqayıt səhiyyə müəssisələri bu şirkətlərlə 616 866 manatlıq müqavilə bağlayıb.

Nə tender komissiyaları, nə Satınalmalar üzrə Dövlət Agentliyi rəsmi məlumata görə, (Vergilər Nazirliyi) zəruri kadr potensialı olmayan bir şəxsin külli miqdarda dövlət vəsaitlərinin talan etməsini «sezməyib».

İqtisadçı ekspert, ReAl hərəkatının İH üzvü Natiq Cəfərli Turan-a bildirib ki, bir günlük şirkətlər virtual büdcə xərclərini, məsələn, təmir-tikinti işlərini sənədləşdirmək üçün yaradılır. Büdcə işlərində, xüsusən ƏDV mənimsəmək üçün belə şirkətlərdən istifadə adi hadisədir, deyə o qeyd edib.

«İqtisadi Təşəbbüslərə Yardım» İB-nin sədr müavini Rövşən Ağayev hesab edir ki, bel şirkətlər korrupsiya mexanizmləri vasitəsilə yuyuln dövlət vəsaitlərinin izini itirmək üçündür. «Sazişlər belə şirkətlərin adına rəsmiləşdirir, nağdlaşdırma əməliyyatı aparıb həmin vəsaitlərin müəyyən hissəsini mənimsəyib, qısa müddət sonra həmin müəssisələri bağlayırlar. Bu, ictimai vəaitləri oğurlamağın klassik üsullarından biridir. Vergi yoxlaması, Hesablama Palatasının auduti gəlmədən yoxa çıxırlar», - deyə iqtisadçı qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar