Bakıda daha bir yol çökdü -FOTO

Hadisə yerinə “Azərsu” və “Azəryolservis”in əməkdaşları cəlb olunub

Hadisə Bakıda daha bir yol çöküb. ANS PRESS-in məlumatına görə, Mirəli Qaşqay küçəsilə Ənvər Qasımzadə küçəsinin kəsişməsində yol dağılıb. Həmin əraziyə “Azərsu” ASC-nin və “Azəryolservis” ASC-nin əməkdaşları cəlb olunub.

“Azəryolservis”in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hazırda hadisə yerində mütəxəssislər çalışır. Aparılan araşdırmalardan sonra yolun çökmə səbəbləri məlum olacaq.

Qeyd edək ki, ötən gün səhər saatlarında Bakının Nobel prospekti 64 ünvanında 20 metr dərinliyində çöküntü baş vermişdi.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar