Ukrayna ABŞ-dan qoşun göndərməyi tələb etdi

Vitali Kliçko Kiyevdə ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşüb

Dünya Ukraynanın UDAR partiyasının lideri Vitali Kliçko ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini tələb edib. ANS PRESS-in məlumatına görə, belə tələblə Vitali Kliçko ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşü zamanı çıxış edib. Vitali Kliçko bildirib ki, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı daha ağır sanksiyalar tətbiq etməlidir.“Qərb təcili yeni sanksiyaların tətbiqinə başlamalıdır. Onlar iqtisadiyyatın bütün sektorunu əhatə edən sanksiyalar həyata keçirməlidir”, Vitali Kliçko deyib.

Ukrayna hökumətinin ölkənin şərqində keçirdiyi antiterror əməliyyatlarını dəstəklədiyini deyən UDAR partiyasının lideri bildirib ki, ABŞ Ukraynaya hərbi qüvvə və hərbi texnika ilə kömək etməlidir.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cozef Bayden Kiyevdə səfərdədir.

Xatırladaq ki, Avropa Birliyi və ABŞ Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar rəsmi Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Belə ki, Rusiyada müəyyən insalar “qara siyahı”ya salınıb və onların bank hesabları dondurulub. Rusiya “Böyük səkkizlik”dən kənarlaşdırılıb. Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Rusiya ilə sanskiyalar dili ilə danışmaq yersiz, mənasızdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar