“Sonacan Mirqədirovun arxasında duracağam” Elçin Şıxlı

Modern.az-ın məlumatına görə, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bəzi saytlarda Rauf Mirqədirovun “keçmiş işçi” kimi təqdim olunduğuna etiraz edib. “O, keçmiş işçi deyil. Sonacan arxasında duracağam”, – deyə E. Şıxlı “BBC Azərbaycanca”ya bildirib.

E. Şıxlının sözlərinə görə, Rauf Mirqədirovun Türkiyəyə köçməsi bilavasitə təzyiqlə bağlı olmayıb və onun özü jurnalistin Türkiyəyə köçməsinin tərəfdarı olmayıb. “Xaricə getməsinə təzyiqlərin dəxli yoxdur. Onun ailəsi ilə bağlı istəyi vardı. Onun Bakıdan getməsi qəzet üçün çətinliklər törətdi. Şöbə müdirim idi. Başqa jurnalistlərə kömək edirdi. Məni rahat salan o idi ki, Rauf Türkiyəyə gedəndən sonra diqqətini sırf yazılarına yönəldə bildi”.

Qeyd edək ki, jurnalist R. Mirqədirov 2008-2009-cu illərdə Azərbaycandakı hərbi vəziyyət barədə Ermənistana məlumat ötürməkdə şübhəli bilinir. O, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar