Zəminə Dünyamalıyeva Rəsul Quliyevin telefon danışığını təsdiqlədi - "Sözün düzünü deyib"

 “Rəsul Quliyev Sülhəddin Əkbərlə telefon danışığında yanlış bir söz deməyib"

Açıq Cəmiyyət Partiyası Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva Hafta.az-a açıqlamasında Milli Şurada baş verən proseslər haqda danışıb. O bildirib ki, Cəmil Həsənli sədr seçildikdən sonra ACP MŞ-da fəaliyyətini dayandırıb:

“Rəsmi olaraq Milli Şuradan çıxmamışıq. Amma gedən proseslərdə ACP aktiv iştirak etmir. Mitinqdə də bu özünü daha qabarıq göstərdi. Bir yerdə fəaliyyət yoxdursa, bu elə uzaqlaşmaq deməkdi. Milli Şuranın ikinci namizədi seçildikdən sonra ACP oradakı fəaliyyətini faktiki olaraq dayandırıb. Cəmil Həsənli seçildikdən sonra ACP öz mövqeyini ortaya qoydu və seçki kampaniyasında iştirak etmədi. Partiyamız Milli Şuranın apardığı siyasətin tərəfdarı deyil, bunun yanlış olduğunu düşünürük. Buna görə də ACP 22 sentabr mitinqində təşkilatçılıq etmədi, sadəcə iştirak etdi”.

Z.Dünyamalıyeva bildirib ki, ACP əvvəldən öz mövqeyini açıqlamışdı: “Biz o vaxt bəyan etdik ki, ikinci namizədin qəbuluna razı deyilik. Hətta qəbul olsa, biz səsvermədə iştirak etməyəcəyimizi bildirmişdik. Və iştirak etmədik də”.

Ali Məclis sədri lideri ilə partiya sədrinin arasında olan telefon danışığını düzgün mövqe hesab edir: “Rəsul Quliyev Sülhəddin Əkbərlə telefon danışığında yanlış bir söz deməyib. Mitinqin çox zəif hazırlanması haqda mövqeyini ortaya qoydu, bu da faktdı. Sülhəddin Əkbər tribunaya çıxmamasında da haqlı idi. Əgər o təşkilatçı olmayıbsa, tribunaya çıxması mənasız idi. Milli Şuranın 22 sentyabr mitinqinə gələn adam prezident seçkisində iştirak etmək istəyən bir partiyanın görüşünə gəlsə idi belə, bu qəbulolunmazdı. Çünki çox az adam var idi. O ki qaldı Demokratik Qüvvələrin Birliyinə bu qədər adam gəlsin. Əgər bu birliyin gücü bundan ibarətdirsə, seçkidə necə qalib gəlmək olar?! Azərbaycanda düzgün söz deyəndə qınaq obyekti olursan. Siyasətçi öz marağına görə yalan danışmamalıdı. Mən müxlaifətçiyəmsə, hər şeyi yalan danışmalı deyiləm. Orada 500-600 adam var. Amma İsa Qəmbər tribunada hər kəsin gözü qarşısında deyir ki, bura 10 mindən artıq adam gəlib. Lap 20 min adam gəlsə belə bu seçkidə qalib gəlməyə əsas vermir”.

Partiyasının ofissiz qalması haqda isə Z.Dünyamalıyeva bildirib ki, hələ ki, yeni qərargah məsələsi yadlarına düşmür: “KXCP-nin qərargahı özü üçün kiçikdi. Hələ ACP də gəlib ora sığışıb. Fəaliyyətimiz normal şəkildə deyil. Amma nə qədər ki, qərargahımız yoxdu, orda qalacağıq. Hazırda yeni qərargah yada düşmür”.

Qeyd edək ki, Rəsul Quliyev Sülhəddin Əkbərlə telefon danışığının montaj olunaraq yayıldığını deyib. Z.Dünyamalıyeva isə "sözün düzünün" deyildiyini bildirir...

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar