Baş Prokurorluqdan Leyla Yunusla bağlı açıqlama

Jurnalist Rauf Mirqədirovun həbsindən sonra hüquq müdafiəçisi; Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus açıqlama verib. O, R. Mirqədirovun SDİ xətti ilə Ermənistana səfər etməsini bildirmiş və bunda heç bir cinayət tərkibi olmadığını dilə gətirib. Belə olan halda Leyla Yunusun da istintaqa cəlb edilməsi ehtimalı yaranır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bununla bağlı Modern.az-ın sorğusuna cavab verib. “Qeyd edilən cinayət işi üzrə istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın maraqlarına zidd olduğundan, eyni zamanda həmin informasiyalar istintaqa sirri təşkil etdiyindən sorğunuzun cavablandırılması cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir”, – deyə E. Sultanov bildirib. Qeyd edək ki, aprelin 19-da Türkiyədən deportasiya edilmiş “Ayna-Zerkalo” qəzetinin əməkdaşı, Azərbaycan vətəndaşı Rauf Mirqədirov casusluq və dövlət sirri təşkil edən məlumatı ötürməkdə ittiham olunur.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. O, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. Jurnalistin vəkili Fuad Ağayev bildirib ki, R. Mirqədirov 2008-2009-cu illərdə Azərbaycandakı hərbi vəziyyət barədə Ermənistana məlumat ötürməkdə şübhəli bilinir. R. Mirqədirov hələlik ifadə verməkdən imtina edib.

Adı Rauf Mirqədirovla işbirliyində hallanan Ermənistanın “Region” Araşdırmalar İnstitutunun direktoru Laura Baqdasaryan ittihamları qəbul etməyib. Onun sözlərinə görə, R. Mirqədirov azərbaycanlı həmkarı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusla birgə “İctimai dialoq” layihəsinin onlayn versiyası olan “publicdialogues”un müəlliflərindən olub. “Rauf Mirqədirov bizim tədbirlərdə canlı deyil, internet konfrans vasitəsilə iştirak edib. Bununla bağlı mənim bir sıra suallarım yaranıb”. Gürcüstanın paytaxtı Tbilisidə doğulan L. Baqdasaryan Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. O, Yerevanda yaşayır, “Region” Araşdırmalar İnstitutunun direktorudur. Qafqazda “xalq diplomatiyası” layihələrinin icrasında iştirak edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar