“Ermənistan həmişə ikili standartlarla çıxış edib”

“Ermənistan həmişə ikili standartlarla çıxış edib”. Bunu AzPolitika.info-ya açıqlamasında Gürcüstanın “”İverili" Anti-Qloballaşma Əleyhinə mərkəzin rəhbəri, politoloq Zviad İremadze NATO ilə əməkdaşlıq edən Ermənistanın Krım böhranında Rusiyadan yana mövqe nümayişinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan ikili standartlara xidmət etməklə, siyasi dividentlər qazanmaq niyyətindədir: “Ermənistanın Rusiya ilə bağlı öz maraqları var. Hesab edirəm ki, Krımla bağlı da Ermənistanın öz marağı var. Çünki Ermənistan Krımda müəyyən biznes təsiri və ya lobbiçilikdə iştirakını nəzərdə tutur. Krımın işğalını və ya ermənilərin dediyi kimi desək, müstəqilliyini dəstəkləməkdə məqsədi yalnız budur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar