"VKontakte"nin yaradıcısı Rusiyadan qaçdı

Rusiyanın "VKontakte" sosial şəbəkəsini yaradan və bunun icra rəhbəri olan Pavel Durov Rusiyanı tərk edib. O, TechCrunch texnoloji saytına deyib ki, Rusiyaya qayıtmağı planlaşdırmır.

Durov deyir: “Təəssüf ki, indiki məqamda Rusiya internet biznesinə uyğun deyil”.

O, hazırda harada olduğunu bildirmir. Durov bundan əvvəl demişdi ki, işdən çıxarılmağını mediadan öyrənib.

Onun sözlərinə görə, "VKontakte" hazırda Rusiya prezidenti Putinin iki yaxın adamının - İgor Seçin və Alişir Usmanovun tam nəzarətindədir.

"VKontakte"nin 100 milyon istifadəçisi var. "VKontakte" Kremlə fikirləri düz gəlməyənlərə özünü ifadə etməyə imkan verirdi. Durov hesab edir ki, hakimiyyətin "Vkontakte"də məzmuna nəzarət etmək istəməsi və onun hakimiyyətlə əməkdaşlıqdan imtina etməsi şirkət rəhbərliyindəki mübarizənin əsl səbəbidir ("Azadlıq" radiosu)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar