“Ukrayna hadisələri Azərbaycanı bir daha diqqət mərkəzinə gətirir” - Morninqstar

"Baş verənlər Dağlıq Qarabağ münaqişəsinin artıq birdəfəlik həllini tələb edir”

“Ukraynada baş verən hadisələr Azərbaycanı enerji resurslarının mənbəyi kimi bir daha diqqət mərkəzinə gətirir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O bildirib ki, Azərbaycanın enerji ehtiyatları Avropa və digər ölkələr üçün əhəmiyyət kəsb edir: “Ötən il “Şahdəniz” investisiya layihəsinə dair yekun qərarın verilməsi Cənub dəhlizi ilə bağlı xeyli irəliləyişin əldə olunmasına zəmin yaradıb”.

R. Morninqstar qeyd edib ki, ABŞ Azərbaycan və digər tərəfdaş ölkələrlə öz işini davam etdirəcək ki, “Şahdəniz” layihəsi irəliyə getsin: “Obama administrasiyası maye qazın Avropaya lazım olan qədər ixrac edilməsi məsələsini dəstəkləyib. Bu, Azərbaycanın Avropaya qaz ixracına mənfi təsir göstərməyəcək”.

“Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin artıq birdəfəlik həllini tələb edir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Səfir qeyd edib ki, Krım hadisələri Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllini zəruri edir: “Dağlıq Qarabağ münaqişəsi Qafqaz bölgəsində qeyri-sabitlik mənbəyidir. Bu, bir ocaqdır. Münaqişəsinin həlli bütün region üçün faydalıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar