“Con Kerrinin Azərbaycana səfəri onun özünün də ən böyük istəyidir”

“ABŞ-ın dövlət katibi Con Kerrinin Azərbaycana səfəri onun özünün də ən böyük istəyidir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O bildirib ki, dövlət katibinin səfərinin vaxtı hələ dəqiqləşməyib.

R. Morninqstar ABŞ-ın Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində çox fəal olduğunu söyləyib: “Hər iki ölkənin prezidentləri münaqişənin həlli üçün konkret addımlar atılması məqsədilə müntəzəm şəkildə görüşməlidirlər. Bu, çox vacibdir. Görüşlər həm rəsmi, həm də qeyri-rəsmi formada keçirilə bilər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar