Azərbaycan qazı Ukraynanı Rusiya asılılığından xilas edə bilər

ABŞ Ukraynaya maye qaz nəqli ilə bu ölkənin Rusiyadan enerji asılılığını azaltmağa kömək edəcək. ASN PRESS-in məlumatına görə, bu barədə ABŞ konqresi Nümayəndələr palatasının Xarici əlaqələr komitəsinin sədri Ed Roys Kiyevdə mətbuat konfransında məlumat verib.

“Biz Ukraynaya enerji yardımından danışırıq, bizim Luizianada əlavə gücümüz var. Biz ABŞ-dan təbii maye qaz nəql edə bilərik, o cümlədən Avropada terminalların tikintisini sürətləndirə bilərik ki, Avropa bu qazı ala bilsin” - deyə Roys bildirib.

Bundan başqa, o qeyd edib ki, “Azərbaycandan da qaz boru kəməri çəkiləcək ki, bununla Avropanı qazla təmin etmək mümkün olacaq. Biz Azərbaycan tərəfi ilə də bu proqram haqqında danışacağıq”.

Konqresmen eyni zamanda əlavə edib ki, əgər qaz yataqları səmərəli işləsə Ukrayna 2020-ci ilə qədər öz təlabatının 50%-ni çıxara biləcək.

“Bütün bu strategiyaların kombinasiyası Ukraynaya ayağa qalxmağa yardım edəcək, Ukrayna Qazpromdan asılılığını azaldacaq” - deyə Ed Roys bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar