BAKIDA GENERALLARIN İFADƏSİ ALINDI - Şok- YENİLƏNİB

“General Beydullayev də istintaqa cəlb olunanlar sırasındadır”. Bu sözləri “Axar.az”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, vitse-admiral Şahin Sultanovdan sonra da çox ciddi addımlar atılacağını qeyd edib: “Mən inanmaq istərdim ki, bu araşdırma aparılacaq. Burada təkcə Şahin Sultanov deyil, bir sıra vəzifəli şəxslərdə var ki, onlar da məsuliyyətə cəlb olunmalıdırlar. Bu o şəxslərdir ki, zamanında Hərbi Dəniz Qüvvələrində yoxlamalar aparıblar, hər şeyin normal olması haqqında raport yazıblar. Bunların arasında generallar və digər şəxslər var. İnanıram ki, onların hər biri istintaqa cəlb olunacaqlar. Çünki bu elə bir məsələdir ki, burada ölkənin təhlükəsizliyi və müdafiəsi ilə bağlı məqamlar yer alıb. Yəni bu məsələdə saxtakarlıq edən şəxs general rütbəsindən və digər imtiyazlardan məhrum edilməlidir”.

Ekspert istintaqa cəlb olunanlar sırasında bir neçə yüksək rütbəli zabitin olduğunu bildirdi: “Bu məsələ ilə bağlı bir neçə vəzifəli şəxs dindirilib. Onların hərəkətlərinin hansı hüquqi məsuliyyət doğurduğu öz həllini tapacaq. Ancaq məndə olan səhih məlumat ondan ibarətdir ki, o vəzifəlilərdən biri - general Beydullayev artıq istintaqa cəlb olunub”.

Qeyd edək ki, general-mayor Məmməd Beydullayev Zakir Həsənova qədər Müdafiə Nazirliyinin Baş İnspeksiyasının rəisi vəzifəsini icra edib. Zakir Həsənov Müdafiə naziri təyin olunandan sonra istefaya göndərdiyi generallar içərisində onun da adı yer alıb. Beydullayevin eks-müdafiə naziri general-polkovnik Səfər Əbiyevin yaxın kadrlarından olduğu bildirilir. -

---------

“Ötən gün hüquq-mühafizə orqanları tərəfindən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində istintaq işlərinə cəlb edilib”. Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov öz “Facebook” səhifəsində yazıb.

O, hazırda istintaqa sabiq və indiki generalların da cəlb edildiyini bildirib: “Jurnalist dostlarma demək istəyirəm ki, yazacağım bu xəbəri lütfən dəqiqləşdirib sonra yazın. Etibarlılığına şübhə etmədiyim hərbi mənbə bir qədər əvvəl mənə bildirdi ki, ötən gün hüquq-mühafizə orqanları tərəfindən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində istintaq işlərinə cəlb edilib. Ortada olan təkzibedilməz faktlar və sübutlar əsasında yaxın saatlarda onunla bağlı çox mühüm qərarın qəbul edilməsi gözlənilir. Mənbənin deməsinə görə, Şahin Sultanovla yanaşı, MN-nin bir neçə sabiq və indiki generalları da istintaqa cəlb edilib və onların da ifadəsi alınıb. Daha ətraflı yaxın saatlarda məlum olacaq”.

Qeyd edək ki, Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrində ciddi yoxlamalar aparır. Son bir neçə həftə ərzində HDQ-nin bir sıra yüksək zabitləri həbs olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar