Vahid Ələkbərov prezidentin sevgilisinə 2 milyon verib

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin bağ evindən tapılan sənədlər hələ də incələnməkdədir.

“Axar.az”ın Ukrayna mediasına istinadən xəbərinə görə, növbəti diqqət çəkən fakt Rusiyanın “Lukoyl” şirkətinin Ukrayna bölməsinin Yanukoviçin sevgilisi Lyubov Polejaya 2010-ci ilin oktyabrın 14-də 2 milyon qrivni hədiyyə etməsidir.

Qeyd edək ki, sözügedən fakt Yanukoviçə aid xəbərlər üzrə yaradılmış xüsusi saytda yerləşdirilib. Xeyiriyyə məqsədi ilə ayırlan pulun imzalanma mərasimindən 2 həftə sonra Yanukoviç “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərovla görüşüb. Həmin vaxt “Karpatneftximin” bərpasındakı roluna görə sabiq prezident rus şirkətinə və onun rəhbərliyinə təşəkkürünü bildirib.

Yanukoviçin açıqlamalarından:”Bu müəssisənin bərpasında verdiyi sözə əməl etdiyinə görə Vahid Ələkbərova dərin təşəkkürümü bildirirəm. O, 550 milyon dollar sərmayə qoyub. İnanıram ki, gələcəkdə sərmayənin həcmi 1 miyard dollara çatacaq”.

Öz növbəsində V.Ələkbərov Qara Dənizdə neft axtarışında işlərin aparılmasında maraqlı olduğunu dilə gətirib.

Xatırladaq ki, bu yaxınlarda Yanukoviçin Moskva ətrafındakı “Rublyovka”kada 52 milyon dollara imarət aldığı xəbərləri yayıldı. Məlumatlarda həmçinin onun azərbaycanlı milyarderlə qonşu olduğu da bildirilirdi. Ekspertlər Yanukoviçlər ailəsinin Ələkbərovla “qonşuluq” məsələlərin həm də bu amillə - müəyyən işbiliyində olmaları ilə əlaqələndirirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar