Ərdoğan erməni “soyqırım”ı ilə bağlı bəyanat yaydı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qondarma erməni “soyqırımı” ilə bağlı dünya ictimaiyyətinə qalmaqallı müraciət edib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökumət başçısının bəyanatı Nazirlər Kabinetinin saytında dərc olunub.

Bəyanatı ixtisarla təqdim edirik: “Erməni vətəndaşlarımız və dünyadakı bütün ermənilər üçün özəl bir gün olan 24 aprel tarixi bir məsələ ilə bağlı onların düşüncələrinin azad ifadə edilməsi üçün bir fürsətdir. Amma 1915-ci il hadisələri Türkiyəyə qarşı istifadə olunmamalıdır və bu yolverilməzdir. Birinci dünya müharibəsində yaşanan acı xatirələr hamımızın ortaq dərdidir. Biz arxivlərimizi tarixçilərin üzünə açmışıq. Həmin zamanlarda etnik və dini mənsubiyyətindən asılı olmayaraq həlak olan hər bir insanı rəhmətlə yad edirik”.

Qeyd edək ki, müraciət 9 dildə- fransız, ingilis, alman, ərəb, ispan, rus və Qərb və Şərq ermənilərinin və türk dillərində yayımlanıb.

Xatırladaq ki, erməni lobbisi hər il aprelin 24-nü qondarma erməni “soyqırımı”nın ildönümü kimi qeyd edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar