BİNƏQƏDİDƏ NİYƏ SU YOXDUR?! - Aidiyyatı qurumlar hara baxır?

suBakı şəhəri, Binəqədi rayonu, "3-cü mədən" (Qəsəbə Binəqədi) ərazisində yaşayan bir qrup sakin "AzPolitika.info"ya müraciət edərək, qəsəbədə olan su problemini yenidən işıqlandırmağımızı xahiş ediblər.

Sakinlərin dediyinə görə, artıq qəsəbədə su məsələsi ciddi problemə çevrilib. Günlərlə, hətta həftələrlə su üzünə həsrət qalan sakinlər, problemin həll olunmasını tələb edirlər. "Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik. Xüsusilə də Binəqədi rayon İcra Hakimiyyətinə bir necə dəfə müraciət etsək də, hec bir tədbir görülmədi. Hər dəfə bir nümayəndə gəlib, "yaxın vaxtlarda su problemini aradan qaldıracağıq", "yeni su xətti çəkiləcək", deyə vəd verməsinə baxmayaraq, hec bir dəyişiklik baş vermədi. "Azərsu"dan da gələnlər olub, amma onların da dedikləri havada qaldı. Nəticə göz qabağındadır, hamımız sudan ciddi əziyyət çəkirik. 3-4 gündən bir 20 manata su alırıq, onsuz da çətin vəziyyətdə yaşayırıq, bunun üstünə bir də suya ayda 100-150 manata ödəyərək daha da çətin duruma düşürük. Xahiş edirik bu problemimizi işıqlandırın", deyə qəsəbə sakinləri şikayətlərini dilə gətiriblər.

- Qarşıda soyuq qış aylarının olduğunu bilə-bilə, istər Binəqədi rayon İcra Hakimiyyəti, istər də "AZƏRSU" bu qəsəbədə yaşayan soydaşlarımızın su probleminin dəfələrlə mətbuatda işıqlandırılmasına baxmayaraq, sakinlərin harayına niyə səs vermirlər?! Yəni bu böyüklükdə iki qurum, bir qəsəbənin su problemini həll edə bilmirlərmi? Çox güman ki, qəsəbə sakinlərinin ayağa qalxmasını, etiraz aksiyası keçirilməsini, məsələnin daha da böyüməsini gözləyirlər.

Qəsəbə sakinləri daha sonra son ümid yeri kimi mətbuata üz tutduqlarını, əgər bu da nəticəsiz qalarsa, kütləvi etiraz aksiyası keçirəcəklərini, başqa çıxış yollarının olmadığını da bildirdilər.

Onsuz da böhran içində olan ölkəmizdə əhalinin sıxıntı içində yaşadığı bu dövrdə, bu qəsəbədə aylıq 100 manata ehtiyacı olan yüzlərlə ailənin olduğunu nəzərə alsaq, bu ailələr ay ərzində bu qədər pulu suya versələr, bəs nə ilə dolanacaqlar?! 

Sonda ümid edək ki, aidiyyatı qurumlar bu qəsəbə sakinlərinin harayına səs verəcək, lazımı tətbirlər görüləcək.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar