Gülən camaatının 1 milyardlıq sərmayəsi donduruldu

Türkiyə Baş Nazirliyinə tabe olan Sərmayə Bazarı Qurumu “Bank Asiya”nın islam istiqrazı ixracına mane oldu

Türkiyə Baş Nazirliyinə tabe olan Sərmayə Bazarı Qurumu (SPK) Fətullah Gülən camaatına yaxınlığı ilə tanınan “Bank Asiya”nın 1 milyard lirəlik (465 milyon dollar) sərmayə layihəsini dayandırıb.

ANS PRESS-in məlumatına görə, bank həmin vəsaiti sukuk (islam istiqrazı) ixracatına yönəltməyi planlaşdırmışdı. Amma SPK sərmayənin maliyyə strukturunda qeyri-müəyyənlik olduğunu bildirib. Hazırda SPK bankın səhmlərindəki qeyri-adi fəallığı da araşdırır.

Şəriət qanunlarına uyğun olaraq məqsədli sərmayə sənədi olan sukuk qazancı əvvəlcədən bilinməyən yatırım sənədidir. “Bank Asiya”nın həmin pulları Qətər İslam Bankı ilə ortaq layihəyə yatırmaq istədiyi bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar