AVRASİYA VƏ ATLANTİKA RƏQABƏTİ - Bəs Türkiyənin yeri haradadır?

Bildiyimiz kimi, ABŞ İŞİD terrorçularına qarşı Deyr-ez Zorda mübarizə aparan Suriya ordusunun mövqelərinə zərbə vurub. Həlak olan hərbçilərin sayı 62 nəfərdir. Buna görə də Dəməşq və Moskva kəskin bəyanatla ABŞ-ı ittiham ediblər. ABŞ isə baş vermiş hadisəyə belə cavab verib: ”Bu, bədbəxt hadisədir, biz səhv olaraq zərbə vurmuşuq”.

Biz onu xatırlamaq istərdik ki, amerikanlar ”Muavenet” esminesinə də “səhvən “hücum etmişdilər. Amerikanın vertolyotları “səhvən” PKK terrorçularına təchizat və silah tullayıblar. Suriya ordusuna zərbə vuraraq, faktiki olaraq, İŞİD-ə yol açan ABŞ, kosmosdan Himalay dağlarındakı qarışqanın fotosunu çəkə bilir. Lakin onlar həmişə nədənsə “səhv”ə yol verirlər. Görəsən bu cür “səhvlər” bizim regionda hansı təsirlər yaradacaq...

Məlumdur ki, XIX əsrdə ingilislərin təsəvvüründə Yaxın Şərq, Balkanlar və Şərqi Aralıq dənizini əhatə edirdi. İran, İraq, Fars körfəzi və ona bitişik ərazilər isə, “Orta Şərq” kimi başa düşülürdü. Zamanla Əfqanıstan və Pakistan da Orta Şərqə aid edildi. Nə vaxt ki, dünya siyasətində Böyük Britaniyanın yerini ABŞ tutdu, onda ön plana “Yaxın Şərq" termini çıxdı və onun anlamı genişləndi. 2000-ci illərin əvvəlində “Böyük Yaxın Şərq” layihəsi (sonradan o “Genişlənmiş Yaxın Şərq və Şimali Afrika layihəsi" adlandırıldı) Orta Asiyadan tutmuş Şimali Afrikaya qədər olan regionu əhatə etdi.

-ABŞ-ın Rusiya və Çinlə rəqbəti

Məsələnin məğzi aşağıdakılardan ibarətdir: ABŞ Sakit okean regionunda Çin ilə, Şərqi Avropada, Qara dənizdə, Şərqi Aralıq dənizində, Qafqazada və Baltik dənizində isə, Rusiya ilə rəqabət aparır. ABŞ üçün siyasi və hərbi nöqteyi-nəzərdən və həm də ki, qlobal ticarət yolları üzərində inhisara nəzarət etmək çox vacib olduğundan, o, bütün əhəmiyyətli dənizlərdə və dünya okeanlarında tam hökmran olmaq istəyir.

Bunun üçün onlar istənilən kələkbazlığa baş vururlar. Məsələn, onlar 1982-ci ildə imzalanmış və 1994-cü ildə qüvvəyə minmiş BMT-nin dəniz hüququ konvensiyasını ratifikasiya etmirlər. Amma buna baxmayaraq, ABŞ, onsuz da özünün dövlət potensialının və iqtisadi gücünün köhnəlməsini əngəlləyə bilmir. ABŞ-ın mühüm müttəfiqi - Avropa Birliyi qlobal rəqabətdə onları müdafiə etmək baxımından hədsiz zəifdir. Böyük Britaniya AB-dən çıxdıqdan sonra, bu birlik daha da zəifləyib və indi qlobal diplomatiyada heç bir səs çıxara bilmir. Almaniya isə uzun müddətdir ki, ABŞ–la arasında məsafə saxlamağa cəhd edir. Almaniya mümkün olduğu qədər Amerikanın -İraq, İran, Suriya, Liviya, Əfqanıstan və Ukrayna məsələlərindəkı tələblərinə qarşı müqavimət göstərir. Almaniyanı Avrasiya ölkələri ilə sıx ticarət əlaqələri bağlayır. Onlar daha çox Rusiya, Çin, İranla yaxınlaşırlar. Alman xalqının əksər hissəsi Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyib. Berlin Rusiyanın Cənubi Osetiya və Abxaziya ilə yaxın ittifaqına sərt reaksiya göstərməyib.

8-9 iyul 2016-ci il Varşavada keçirilən NATO sammiti tarixə təkcə Polşa paytaxtında keçirilən NATO yığıncağı kimi yox, həm də soyuq müharibənin sona çatmasından sonrakı 25 illik bir dövrdə NATO-nun ən önəmli iki sammitindən biri kimi keçdi.

Varşava sammiti SSRİ-nin çökməsindən bir il əvvəl Romada keçirilən NATO sammitindən heç də az əhəmiyyət daşımır. Hazırda Rusiya təhlükə mənbəyi kimi görülür. Bu sammitdə Rusiyanın Qara dənizdəki rəqabəti ilə bağlı qərar alınıb. Hərçənd ki, ABŞ bu rəqabətin Türkiyəyə ciddi surətdə toxunacağını yaxşı bilir. NATO Qara dəniz və Aralıq dənizində ABŞ və Rusiya arasındakı gərgin münasibət şəraitində Türkiyənın sıxışacağını bildiyi halda, Ankaranın bu narahatçılığını diqqətə almayıb. Türkiyə, Bolqarıstan və Rumıniyanın alyans üzvləri olmasına və ABŞ-ın Gürcüstan və Ukraynada təsir imkanlarına baxmayaraq, NATO Rusiyaya qarşı hücum siyasətini yenə də davam etdirir. ABŞ NATO-nun Qara dənizdə güclənməsində israr edir. ABŞ Türkiyədən boğazlarla bağlı Montre konvensiyası məsələsində daha yığcam və konkret olmağı istəyir. NATO Qara dənizdə daimi Hərbi-Dəniz Qüvvələrinin yerləşdirilməsi ilə əlaqədar addımlar atıb. Digər tərəfdən NATO, Qara dənizi sülh dənizi olaraq görmək istəyən Türkiyənin rəhbərlik etdiyi “BLACSEAFOR” kimi quruluşları əhəmiyyətsizləşdirmək üçun də hərəkətə keçib.

Rusiya və Çinin, ABŞ və NATO-nun bu addımlarına verəcəyi reaksiya özünü çox da gözlətmədi. Bu yaxınlarda onlar Cənubi-Çin dənizində səkkiz günlük müştərək hərbi təlimlər keçiriblər. Çinin ərazi sularında bu təlimlərin keçirilidiyi bir vaxtda, Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov Qara dənizlə bağlı bəyanat səsləndirib. O bildirib: ”Deyirdilər ki, haradasa Türkiyə Qara dənizin tək sahibidir. İndi hər şey dəyişilib”.

- Avrasiya və Atlantika rəqabətində Türkiyənin yeri haradadır?

2010-cu ilin əvvəlində ABŞ açıq şəkildə bildirdi ki, Sakit okean regionunda Çini əhatə dairəsinə almağı hədəfləyib. 2020-cı ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin 60%-ni məhz Sakit okeanda yerləşdirəcək. Bununla yanaşı ABŞ Sakit okean regionu ölkələri ilə ikitərəfli və çoxtərəfli müqavilələr imzalayaraq Çini təxribata çəkir.

Amerikanlar “Trans Sakit okean əməkşdaşlıq və ticarət müqaviləsinin” köməyi ilə Çinin regionda artan ticarət gücünü dağıtmaq və həmçinin də onları təcrid vəziyyətinə salmağa çalışır. Vaşinqton regional dövlətlərlə iqtisadi bağlarını gücləndirmək niyyətindədir. ABŞ Çinin ticarətinin üçdə ikisini Cənubi-Çin dənizi vasitəsilə həyata keçirdiyini yaxşı anladığına görə, onu əhatə dairəsinə almağa can atır. ABŞ Cənubi-Çin dənizindən keçən malların illik həcminin 5,3 trilyon dollar təşkil etdiyini də bilir.

Balıq resursları ilə zəngin olan bu dənizdə, həmçinin 11 milyard barel həcmində xam neft var və 2035-ci ilədək Yaxın Şərdən çıxarılan neftin 90%-i Asiyaya məhz bu dəniz yolu ilə çatdırılacaq. Ona görə də, ABŞ Çini sıxışdırmaqdan yana, Cənubi–Çin dənizinə çıxışı olan ölkələri sılahlanmaya təhrik edir.

- Yaxşı, bəs Türkiyə nə edir?

putin

Rusiya təyyarəsinin vurulmasından sonra, "təzəklə də qızınarıq" deyənlər, 15 iyuldan sonra Putinin üstünə “toz düşməsinə də imkan vermədilər” və onu “yaxşı oğlan “adlandırmağa başladılar.

İki ölkə arasındakı mal dövriyyəsi 35 milyard dollardır. Təyyarə böhranından sonra bu göstərici 27 miyard dollara qədər düşmüdü. Türkiyənin hər hansı bir Avrasiya strategiyası olmadığından, onun əsas istiqaməti - turizm, ticarət və enerji üzərinə qurulduğu üçün, vəziyyətin ciddiliyini tam olaraq anlamırdı. FETÖ-nün 15 iyul dövlət çevrilişi cəhdindən sonra, bu məsələnin mühümlüyü anlaşılmağa başlandı.

Düzdür, Ümumi Daxili Məhsulun həcminə görə Rusiya Türkiyəni qabaqlayır (1,2 trilyon dollar, 800 milyard dollara qarşı), lakin onun gəlirlərinin əksəriyyəti enerji resurslarının, xammal məhsullarının, dəmir, polad və sairənin ixracına söykənir. Rusiyanın iqtisadiyyatı elə də sağlam deyil. Rusiya maşın, elektrik avadanlıqları, nəqliyyat vasitələri, kənd təsərrüfatı məhsulları, ərzaq və tekstil idxal edir. Dövlət çevrilişinə cəhddən sonra, Rusiya gördü ki, Türkiyənin onun dəstəyinə ehtiyacı var və buradan da ciddi xeyir götürdü.

“Biz türklər Asiya millətiyik, Asiya dövlətiyik” deyən Atatürkün adını məktəblərdən, meydanlardan silməyə cəhd göstərənlər, indi onun kalpaklı fotolarını asırlar. Qazinin Avrasiya siyasətini və onun məzlum millətlər üçün əhəmiyyətini və regional mərkəzli xarici siyasətini də anlasaydılar, çox yaxşı olardı!

(Oda TV- Türkiyə)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar