Əhali bankomatlarda pul tapmır, nazirlik "ödənilib" deyir - VİDEO

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb".

“Report”un xəbərinə görə, bunu nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elman Babayev deyib.

O bildirib ki, Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonları üzrə sentyabr ayının 10-u, respublikanın digər rayon və şəhərləri üzrə isə sentyabr ayının 20-i tarixində tam yekunlaşıb.

Şöbə rəisi qeyd edib ki, ümumiyyətlə, il ərzində Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.

Qeyd edək ki, bu gün Masallıda bankomatlarda pulun olmaması əhalinin narazılığına səbəb olub. Aylıq ödənişlərini ala bilməyən əhali rayonun mərkəzində Kapitalbankın qarşısında yolu bağlayıblar.

Daha ətraflı: MASALLIDA ETİRAZ: Əhali yolu bağladı – Saxlanılanlar var + VİDEO

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar