İki güləşçimiz dünya çempionatının finalına yüksəlib

gulesh_turnir_270814_03Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yunan-Roma güləş növü üzrə turnirin ikinci günündə üç təmsilçimiz - Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Orxan Ələkbərov (98 kq) mübarizə aparıb.

O. Ələkbərov rəqibinə cüzi xal fərqi ilə məğlub olaraq çempionatda iştirakını dayandırıb. İ. Abbasov isə rəqiblərinə qalib gələrək finala yüksəlib. Birinci yer uğrunda mübarizədə İ.Abbasovun rəqibi Rusiya nümayəndəsi Yevgeni Saleyev olacaq.

Digər güləşçimiz R. Hüseynov da finala vəsiqə uğrunda ardıcıl olaraq yunanıstanlı, makedoniyalı və ukraynalı rəqiblərini məğlub edib. Qızıl medal uğrunda mübarizədə o, almaniyalı güləşçi Paskal Eisel ilə qarşılaşacaq.

Qeyd edək ki, final görüşləri axşam saatlarında keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar