Türkiyə ilə miqrasiya sazişi Aİ üçün prioritet olaraq qalmaqdadır

Turkey_flag_160709Türkiyə ilə miqrasiya sazişinin icrası Avropa İttifaqı üçün prioritet olaraq qalmaqdadır. “RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bunu miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə avrokomissar Dimitris Avramopulos deyib.

“Türkiyə-Aİ sazişinin icrası bizim üçün prioritet və “A” planı olaraq qalmaqdadır”, - deyə o Vyanada “Balkan marşrutu” ölkələri sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

Avrokomissarın sözlərinə görə, Türkiyə ilə əməkdaşlığın sayəsində Aİ-yə qaçqın axını xeyli azalıb.

Qeyd edək ki, martın 8-də Aİ və Türkiyə arasında “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya saziş əldə olunub. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar