Əlcəzairdə iki qatar toqquşub - 40 nəfər yaralanıb

İki nəfər hələ də, qatarlardan çıxarılmayıb

Əlcəzairin şimalında iki dəmiryolu qatarının toqquşması nəticəsində ən azı 40 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə yerli "TSA Algerie" xəbər portalı məlumat yayıb.

Bildirilir ki, insident Bumerdes şəhərində baş verib. Milli dəmiryol şirkətindən qeyd olunub ki, bir istiqamətdə hərəkət edən iki sərnişin qatarı toqquşub.

Məlumata görə, iki nəfər hələ də qatarlardan çıxarılmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar