"AXCP-dən ayrılmaq fikrim yoxdur" - ETİRAZ

Milli Şuradan kənarlaşdırılan AXCP üzvü Sahib Kərimli partiyadan da çıxarıla bilər. Bunu AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Sahib Kərimli isə məsələ ilə bağlı Moderator.az - a açıqlamasında bildirdi ki, onun partiyadan çıxarılması üçün heç bir əsas yoxdur:

“Gözəl Bayramlı belə bir informasiyanı bir həftə öncə verib. Bunun saytda bu gün verilməsi hökumətin qabaqcadan hazırladığı plandır. Mən AXCP üzvüyəm və partiyadan da ayrılmaq fikrim yoxdur. Partiyanın da qanunlarını çox gözəl bilirəm. AXCP-nin xəttinə zidd heç bir addım atmadığıma görə partiyadan kənarlaşdırılmam üçün heç bir əsas yoxdur. Milli Şuradan kənarlaşdırılmama gəlincə, mən bu qurumun keçirdiyi heç bir mitinqə qarşı təbliğat aparmamışam. Yazılarım, statuslar ortadadır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar