"Rusiya Ukraynaya müdaxiləsinin əvəzini ciddi şəkildə ödəyəcək"

Obama Moskvanı yeni sanksiyalarla hədələdi

ABŞ prezidenti Barak Obama bildirib ki, Rusiya Ukraynadakı böhranı aradan qaldırmağı nəzərdə tutan Cenevrə razılaşmasını yerinə yetirmir. AzadliqRadiosunun məlumatına görə, aprelin 24-də Yaponiyada danışan Obama qeyd edib ki, Moskva «ən azından» razılaşmanı həyata keçirmək üçün tədbir görməyib.

ABŞ prezidenti deyib ki, əgər Rusiya razılaşma şərtlərini yerinə yetirməzsə «ABŞ sanksiyaları genişləndirəcək».

Aprelin 18-də Ukrayna, Rusiya, ABŞ və AB Şərqi Ukraynada silahlı qruplaşmaların tərkisilah edilməsi və zəbt olunmuş hökumət binalarının azad olunması haqda razılaşıblar.

Bu arada ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton da Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb. "Rusiyaya qarşı beynəlxalq sanksiyalar sərtləşdirilməli və genişləndirilməlidir, deyə, o, aprelin 23-də Connecticut Universitetində çıxışında deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya müdaxiləsinin əvəzini ciddi şəkildə ödəyəcək.

Klinton deyib ki, Qərb Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərərkən «çox aydın, güclü və müəyyən dərəcədə səbirli» olmalıdır. O, həmçinin Putini «saatı geriyə, Sovet İttifaqı dövrünə çəkməyə çalışmaqda» ittiham edib.

Klinton 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürmək fikrindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar