Türkiyədə mövsümün ilk derbisi - Sülhlə nəticələndi

"Beşiktaş" öz meydanında qalib gələ bilməyib

"AzPolitika" xəbər verir ki, bu gün futbol üzrə Türkiyə Super Liqasında mövsümün ilk derbisi baş tutub.

İstanbuldakı “Vodafone Arena”da “Beşiktaş”la “Qalatasaray” üz-üzə gəlib. Oyuna daha yaxşı başlayan "Qalatasaray" artıq 8-ci dəqiqədə hesabı açmağı bacarıb. Eren Derdiyox komandasını önə keçirib. 44-cü dəqiqədə meydan sahibləri yenidən oyunu mərkəzdən başlamağa məcbur olublar. Bruma "Qalatasaray"ı 2-0 önə keçirən qola imza atıb. İkinci hissə isə meydan sahiblərinin üstünlüyü ilə keçib. "Beşiktaş" 73-cü dəqiqədə Marselo və 78-ci dəqiqədə Cenk Tosunun qolu ilə 1 xalı qazanmağı bacarıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar