Toni Bleyrdən maraqlı çağırışlar

"Mən hakimiyyətdə olsaydım, iki il bundan əvvəl Suriyaya hərbi müdaxilə edərdim"

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr ötən gün Qərb ölkələri liderlərinə çağırış edərək, Ukrayna hadisələrinə görə Rusiya ilə münasibətləri düzəltməyə çağırıb. O, bütün diqqətlərin radikal islamçılıq ekstremizminə cəmləməyin vacib olduğunu bildirərək, onun real təhlükə törətdiyini bəyan edib.

Bu haqda Londonun “Bloomberg” agentliyində çıxış edən Yaxın Şərq üzrə məsələlərin həllində “kvartet”in xüsusi nümayəndəsi olan Toni Bleyr BMT-nin, Aİ-nin, ABŞ və Rusiyanın nəhəng birlik kimi öz münasibətlərini müəyyənləşdirməli və dialoqa hazır olan qruplaşmalarla danışıqlar aparmalı olduqlarını vurğulayıb. Onun sözlərinə görə, Qərb Suriya münaqişəsinə müdaxilə etmədiyinə görə, cavab verməli olacaq:

“Böyük Britaniya hakimiyyəti Suriyaya hərbi müdaxilə etmək istəmir. Amma mən hakimiyyətdə olsaydım, iki il bundan əvvəl müdaxilə edərdim. Mən bilirəm ki, Suriya böhranına hərbi müdaxilə böyük fəsadlara yol aça bilər. Amma hərbi müdaxilə etməsək, daha böyük və ağır nəticələrlə üzləşəcəyik. Bu gün Qərb liderləri iddia edirlər ki, Moskva separatçılara hərbi yardım edir. Kreml isə bunu qəti sürətdə inkar edir. Bütün bu gərginliyə baxmayaraq, hesab edirəm ki, bu dördlük (Rusiya, ABŞ, Aİ və BMT) radikal islamçılığa qarşı birləşməlidirlər. Bu gün radikal islamçılıq dünya xalqları üçün böyük təhlükələrə yol açır”.

Ülkər Musazadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar