Ebru Gündeş həbsdəki azərbaycanlı milyarderdən - Boşanır

ABŞ-da həbsdə olan İran əsilli azərbaycanlı milyarder Rza Zərrab yazılı bəyanatla çıxış edərək həyat yoldaşı, müğənni Ebru Gündəşin ondan dərhal boşanmaq istədiyini bildirib.

Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Rza Zərrab bəyanatında bunları bildirir: “13.09.2016-cı ildə arvadım Ebru Gündəş vəkili vasitəsilə tərəfimə boşanmaq istədiyini çatdırıb, eyni zamanda prosesi dərhal yekunlaşdırmaq üçün yenə də vəkili vasitəsilə mənə təzyiq göstərib və son olaraq 23.09.2016-cı il tarixdə boşanma vəkalətnaməsini tərəfimə göndərmiş vəziyyətdədir. İçərisində yer aldığım bu sıxıntılı mərhələyə baxmayaraq arvadımın boşanma qərarını hörmətlə qarşıladığımı ictimaiyyətə bildirirəm. Hörmətlə, Rza Zərrab”.

Xatırladaq ki, Rza Zərrab bu ilin martında arvadı Ebru Gündəş və azyaşlı qızı ilə birlikdə ABŞ-ın Mayami şəhərinə gedərkən FTB xəfiyyələri tərəfindən həbs olunub. Onun həbsindən sonra Ebru Gündəş Türkiyəyə geri qayıdıb.

Rza Zərrab ABŞ-ın İrana qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda, fırıldaqçı sxemlər quraraq Birləşmiş Ştatların bank sistemini aldatmaqda, böyük məbləğdə qeyri-leqal pul dövriyyəsində və digər əməllərdə ittiham olunur.

Rza Zərrab və kuryerləri ABŞ-ın İran qarşı sanksiyalarını neytrallaşdırmaq üçün Tehrana aid pulların nəğd və qızıl külçələri şəklində dövriyyəsini həyata keçirib, habelə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə şirkətlər təsis edərək pulları bu şirkətlər üzərindən “fırladıb”.

Qeyd edək ki, Rza Zərrab Ebru Gündəşin üçüncü əri idi. O, ilk dəfə 16 yaşında ərə gedib, 2002-ci ildə vəkil Ömər Durak ilə evlənib və daha sonra boşanıb. 2010-cu ildə isə Rza Zərrabla evlənib.

İndi isə belə görünür ki, 75 il həbs cəzası gözləyən Rza Zərrabın ABŞ həbsxanasından bir daha çıxmayacağına əmin olaraq ondan boşanıb. Ancaq tərəflərin mal-mülk məsələsini necə bölüşdürəcəyi məlum deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar