ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində yanğın var

Bakıda neft çəni yanır. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın hadisəsi Bayıl qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində yerləşən neft çənlərindən birində güclü yanğın başlayıb. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri iş aparır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) artıq Bakıda neft çənində baş verən yanğınla bağlı ilkin məlumat açıqlayıb. ARDNŞ-in mətbuat katibi Nizaməddin Quliyev APA-ya açıqlamasında deyib ki, yanğın ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb.

Onun sözlərinə görə, yanğın baş vermə səbəbləri aydın deyil. İlkin ehtimala görə, ərazidə alışma olub. Xəsarət alan yoxdur.

Hazırda faktla bağlı araşdırma gedir. N. Quliyev gün ərzində hadisə ilə bağlı ətraflı məlumat veriləcəyini də deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar