Estoniya 2-ci cəhddə də prezident seçə bilmədi

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Estoniya seçicilər kollegiyası səsvermənin ikinci turundan sonra da respublikanın prezidentini seçə bilməyib. Bu barədə xəbəri «Delfi» informasiya portalı yayıb. Portal seçki tədbirlərinin onlayan mətn - translyasiyasını həyata keçirir.

Səsvermənin nəticələrinə görə, İslahat partiyasının fəxri sədri Siym Kallas (hakim koalisiyanı təmsil edir) 138 səs toplayıb. Onun rəqibi, vəkil Allar Yıke 134 səs alıb. Daha 57 bülleten «boş» qalıb, iki bülleten isə etibarsız sayılıb. Seçicilərin ikisi səs verməkdən çəkinib.

«RİA Novosti» xəbər verir ki, daha sonra, ikinci tura adlamış Siym Kallas və Allar Yıke seçkidə iştirakdan imtina etdiklərini bildiriblər.

Üçüncü tur 14 gün müddətində Estoniya parlamentində keçiriləcək.

Ölkənin fəaliyyətdə olan prezidenti Tomas Hendrix İlvesin səlahiyyət müddəti cari ilin oktyabrında bitir. O, 2006-cı ildən Estoniyaya rəhbərlik edir. Yeni seçiləcək prezident isə ölkə tarixində 4-cü olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar