ABŞ prezidentliyinə namizədlər Netanyahu ilə görüşəcəklər - Bu gün

klinton TRAMPAzPolitika.info xarici KİV- ə istinadla xəbər verir ki, bu gün İsrailin Baş naziri Binyamin Netenyahu ABŞ prezidentliyinə namizədlər - Hillari Klinton və Donald Trampla görüşəcək.

İsrail hökuməti başçısının amerikalı namizədlərlə görüşü Nyu-Yorkda keçiriləcək. Binyamin Netenyahu buraya BMT Baş Məclisinin iclasında iştirak etmək üçün gəlib. Görüşə hazırlıq işlərinin aparıldığı barədə bir neçə KİV, o cümlədən «Politiko» nəşri və NBC News telekanalı xəbər yayıb. Görüşdə söhbətin nədən gedəcəyi barədə xəbər verilmir.

Bundan əvvəl xəbər verilmişdi ki, Ağ evdə namizədlərin xarici ölkə liderləri ilə görüşləri alqışlanır. Bu həftə Tramp və Klinton artıq Misirin prezidenti Abdel Fəttah əs-Sisi ilə görüşüblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar