Helsinkidə irqçiliyə qarşı mitinq keçirilib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Finlandiyanın paytaxtı Helsinki şəhərinin mərkəzi meydanlarından birində irqi ayrıseçkiliyə qarşı «Bəsdir» şüarı altında mitinq keçirilib. Polisin məlumatına görə, aksiyada 15 mindən 20 minədək adam iştirak edib.

Nümayişçilər əllərində sarı rəngli hava şarları və «Nasizm yox olsun!», «Rədd olsun siyasi zorakılıq!», «Rədd olsun nifrət!» şüarları yazılmış plakatlar gəzdiriblər.

Finlandiyanın Baş naziri Yuxa Sipilya da mitinqdə iştirak edib. O, ekstremist təşkilatlara aid olan qanunvericilik aktlarına ciddi düzəlişlərin ediləcəyi barədə öz üzərinə bəzi öhdəliklər götürüb. Sipilyadan başqa aksiyada ölkənin sabiq prezidenti Tarya Xalonen də iştirak edib.

Məlumat üçün bildirək ki, ötən həftə Helsinkidə neonasistlərin keçirmiş olduğu mitinqdə 28 yaşlı kişi döyülüb. Sonradan o, xəstəxanada keçinib. Tədbir də buna etiraz əlaməti olaraq keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar