"Həmin şagird məktəbdən çıxandan sonra qaçırılıb" - Direktor

Sumqayıt şəhərində 9 saylı orta məktəbin 11-ci sinif şagirdi olan qızı qaçırıblar. Bu barədə Sumqayıt sakinləri Avropa.info-ya xəbər veriblər. Bildirilir ki, hadisə sentyabrın 24-də baş verib.

Məktəbin direktoru Bəhruz Səlimxanov belə bir faktın olduğunu təsdiqləyib. Lakin hadisənin məktəbdə deyil, dərs bitəndən sonra baş verdiyini deyib.

B.Səlimxanov hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə aparılması ilə bağlı yayılan məlumatları isə təkzib edib: “Belə bir hadisə olub. Amma dərs bitəndən sonra. Həmin şagird məktəbdən çıxandan sonra qaçırılıb. Mənim polisə aparılmağımla bağlı məlumat isə tamamilə yalandır. Hazırda iş başındayam”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar