Azərbaycanlı iş adamlarının 50 milyonluq sərvəti Rusiyaya daşınıb

Türkiyədə məşhur iş adamı Rza Zərrabın hekayəsi necə başlayıb? Modern.az saytı Türkiyədə nəşr olunan "Bu gün" qəzetinə istinadən xəbər verir ki, Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Dairə Başçılığı, Maliyyə cinayətlər və Cinayət Gəlirləri ilə Mübarizə Şöbə Müdirliyinin Happani Qrupu qiymətləndirmə hesabatında bununla bağlı çox özəl məlumatlar yer alıb.

İstanbul Xəbərləşmə Elektronik Şöbə Müdirliyinin 7 May 2010 tarixli və Xəbər Nömrə: 6484 saylı e-poçt xəbər formasında, iranlı Rza Zərrab adlı şəxsin, xaricdən milyonlarla dolları Türkiyəyə gətirdiyi, bu işi, Beyazıt kapalı çarşıda istifadə etdikləri bildirilib.

Milli Mətbuatda 2010-cu il dekabrın 21-də Moskva hava limanındakı gömrük vəzifəlilərinin idarəsi əsnasında, İstanbuldan Rusiyaya gedən 3-ü azərbaycanlı, biri iranlı olmaq üzrə 4 adamın çamadan və bel çantalarında 14,5 milyon dollar və 4 milyon avro ələ keçirildiyi xəbəri yer alıb. Bu şəxslərin haqlarında Rusiyada qaçaqçılıq məsələsinə görə istintaq başladılıb.

2011-ci il aprelin 15-də “Milyonlarla dolları çamadanla qaçırdılar” başlığı altında bir xəbərdə isə Rusiya Federal Gömrük Xidmətinin əməliyyatı nəticəsində azərbaycanlı iş adamlarına aid olduğu iddia edilən 40 milyon dollar və 10 milyon avronu 37 dəfəyə çamadanlarla Rusiyaya daşıdığı, Rza Zərrabın sürücüsü Turqut Happaninin 14 kuryer arasında olduğu bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar